ÖZ XƏBƏR
Mədəniyyət və İncəsənət Universitetində audit xidməti həyata keçiriləcək
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 2024-2025-ci illərin maliyyə-təsərrüfat əməliyyatlarının qanunvericiliyə uyğunluğunu yoxlamaq məqsədilə maliyyə (mühasibat) hesabatlarının auditi üçün satınalma həyata keçirəcək.
32gun.az xəbər verir ki, ehtimal olunan dəyər 26 650 AZN təşkil edir və xidmət 1 ədəd audit üzrə göstəriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) hazırkı rektoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor. Ceyran Emin qızı Mahmudovadır.
Ayaz