ÖZ XƏBƏR

“Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri”nı 55 min manata görün nə alınacaqmış

“Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri” Publik Hüquqi Şəxsi tərəfindən generatorların yağ-sürtkü materiallarının dəyişdirilməsi və təmiri xidmətlərinin alınması məqsədilə elan olunmuş tender ləğv edilib.

32gun.az xəbər verir ki,  tenderin ləğv edilmə səbəbi olaraq göstərilib ki, satınalmada iştirak etmək üçün tələb olunan təklif və təminatı təqdim etmiş, müvafiq lisenziya və icazəyə malik təchizatçıların sayı qanunvericiliklə müəyyən edilmiş minimum saydan – üçdən – az olub. Nəticədə müsabiqənin tamamlanması mümkün olmayıb.

Ehtimal olunan müqavilə dəyəri 54.807,46 AZN təşkil edirdi.

Ayaz

Oxşar Xəbərlər