ÖZ XƏBƏR
Lənkəranda 1,43 milyonluq tender 10 manatlıq MMC-yə verildi
Lənkəran şəhərində abadlıq və təmir işləri üçün 1,43 mln. AZN-lik tender “M-House Construction” MMC-yə verilib
Lənkəran Şəhər İcra Hakimiyyəti abadlıq işləri və binalarda təmir xidmətlərinin satın alınması məqsədilə keçirilən tenderin qalibini açıqlayıb.
32gun.az xəbər verir ki, qalib şirkət “M-House Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri 1.430.142,56 AZN təşkil edir. Şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır və qanuni təmsilçisi Əhliman Yusifov Xasay oğludur.
Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur.
Ayaz