Göyçay Peşə Hazırlığı Mərkəzində avadanlıq satınalınması ləğv edilib
Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Göyçay Peşə Hazırlığı Mərkəzi Publik Hüquqi Şəxsi tərəfindən maşın və avadanlıqların satınalınması ilə bağlı elan edilmiş satınalma proseduru ləğv olunub.
32gun.az xəbər verir ki, satınalmanın ləğv edilməsinə səbəb kimi iştirak üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Ləğv prosesi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 36.1.1-ci bəndinə əsasən həyata keçirilib.
Ləğv edilən satınalma üzrə ehtimal olunan qiymət 10.575,75 AZN təşkil edib.
Qeyd edək ki, satınalma çərçivəsində 2 ədəd ağ-qara lazer MFP printer və 5 ədəd kompüter avadanlığının alınması nəzərdə tutulurdu. Printerlərin yüksək çap sürəti, avtomatik dupleksləmə və şəbəkə imkanları, kompüterlərin isə müasir texniki göstəricilərlə – Intel Core i5 prosessor, SSD yaddaş, FHD monitor və lisenziyalı proqram təminatı ilə təchiz olunması planlaşdırılırdı.
Ayaz