ÖZ XƏBƏR

DOST Agentliyinin bölgələrdəki inzibati binalarının əsaslı təmiri üçün satınalma elan edilib

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən ölkənin müxtəlif regionlarında yerləşən inzibati binaların əsaslı təmiri ilə bağlı iri məbləğli satınalma prosedurları başlanılıb.

32gun.az xəbər verir ki, Dost Agentliyinin Xaçmaz və Qusar şəhərlərində yerləşən inzibati binalarının əsaslı təmir işlərinin satın alınması üçün ehtimal olunan qiymət 2.180.403,00 AZN təşkil edir.

Bununla yanaşı, Salyan rayonu, Hacıqabul rayonu və Biləsuvar şəhəri ünvanlarında yerləşən, DOST Agentliyi PHŞ-nin balansında olan inzibati binaların (filialların) əsaslı təmir işlərinin satın alınması üzrə ehtimal olunan məbləğ 2.414.677,00 AZN olaraq müəyyən edilib.

Daha bir satınalma isə DOST Agentliyinin Qax, Zaqatala və Qəbələ şəhərlərində yerləşən inzibati binalarının əsaslı təmir işlərini əhatə edir. Bu layihə üzrə ehtimal olunan qiymət 2.670.789,00 AZN-dir.

Ayaz

Oxşar Xəbərlər