DÜNYA ÖZ XƏBƏR

Putinin canlı yayımı zamanı jurnalist sevdiyinə evlilik təklifi etdi - prezidenti toya dəvət etdi

Rusiya prezidenti Vladimir Putinin birbaşa efirdə keçirdiyi ənənəvi “Birbaşa xətt” proqramı zamanı maraqlı anlar yaşanıb.

32gun.az bildirir ki, Ural bölgəsindən olan jurnalist canlı yayımda sevdiyi qadına evlilik təklifi edib və dövlət başçısını toyuna dəvət edib.

Rusiya lideri jurnalistin sualına cavab verərkən onun artıq bayram üçün uyğun geyindiyini də qeyd edib.

Jurnalist çıxışı zamanı əlində “Evlənmək istəyirəm” yazılan plakat tutaraq deyib:
“Bu plakatda yazılanlar təsadüfi deyil. Bilirəm ki, qız yoldaşım hazırda birbaşa yayımı izləyir. Olya, mənimlə evlənərsən? Və bütün bunlar burada baş verdiyi üçün, Vladimir Vladimiroviç, sizi toyumuzda görməkdən çox məmnun olarıq”.

Məlumata görə, müxbir kostyumda olub və efirə xüsusi hazırlaşıb.

Qeyd edək ki, dekabrın 9-da Vladimir Putin canlı efirdə 2025-ci ilin yekunlarını dəyərləndirir və jurnalistlər, eləcə də vətəndaşlar tərəfindən ünvanlanan sualları cavablandırır. “Vladimir Putinlə ilin yekunları” proqramının aparıcıları jurnalistlər Pavel Zarubin və Yekaterina Berezovskayadır.

Vətəndaşlardan sualların qəbulu dekabrın 4-dən başlayıb və birbaşa yayımın sonunadək davam edəcək. Canlı yayımın ilk üç saatı ərzində Rusiya vətəndaşlarından daxil olan müraciətlərin sayı 3 milyonu keçib.

Ayaz 

Oxşar Xəbərlər