“10 manat yükləyirik, 5 silinir” – "Azərişıq" smart sayğaclarla bağlı narazılıq
"Azərişıq" smart tipli sayğaclardan istifadə edən bəzi vətəndaşlar balansla bağlı problemlə üzləşdiklərini bildirirlər.
,32gun.az bildirir ki, sosial şəbəkə istifadəçisi Vüsalə Rəhimova bu məsələ ilə bağlı paylaşım edərək qeyd edib ki, sayğac kartına 10 manat məbləğində ödəniş etsə də, balansda yalnız 5 manat əks olunur.
Onun sözlərinə görə, məsələ ilə bağlı Azərişıq-a müraciət edib və qurumdan bildirilib ki, ilin əvvəlində elektrik enerjisi tarifləri dəyişdirilsə də, smart sayğaclar hələ yenilənməyib. Bu səbəbdən hazırda sayğaclarda ikiqat məbləğ çıxılması müşahidə olunur.
Paylaşım qısa müddətdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi şərhlərdə oxşar problemlə qarşılaşdıqlarını bildirərək vəziyyətdən narazılıqlarını ifadə ediblər.
Azərişıq” ASC-yə isə Vüqar Əhmədov rəhbərlik edir.
Ayaz