DÜNYA
MDB liderləri qeyri-rəsmi sammit çərçivəsində Ermitaj Muzeyində bir araya gəldi
Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə keçirilən qeyri-rəsmi MDB sammiti çərçivəsində bir sıra ölkə liderləri Sankt-Peterburqda Ermitaj Muzeyində bir araya gəliblər.
32gun.az xəbər verir ki, görüşdən görüntülər Kremlin mətbuat xidməti tərəfindən yayımlanıb. Məlumata görə, muzeyi Vladimir Putinlə yanaşı Ermənistanın Baş naziri Nikol Paşinyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadir Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ziyarət ediblər.
Qeyd edək ki, qeyri-rəsmi sammit çərçivəsində MDB məkanında əməkdaşlıq və aktual regional məsələlərin müzakirə olunacağı gözlənilir.
Ayaz