RSFSR-in Xalq artisti Larisa Lujina yeni dələduzluq növünün qurbanı olmaq təhlükəsi ilə üzləşdiyini bildirib.
32gun.az xəbər verir ki, Larisa Lujina “Абзац" nəşrinə verdiyi müsahibədə deyib.
Aktrisanın sözlərinə görə, bu dələduzluq əsasən sənət adamlarını hədəf alır. Bir neçə gün əvvəl ona guya hüquq institutundan zəng edərək Köhnə Yeni il münasibətilə tədbir aparmağa dəvət ediblər. Daha sonra ona 400 min rubl qonorar nəzərdə tutulan kommersiya təklifi göndərilib.
“Çox təəccübləndim, çünki adətən belə yüksək məbləğ heç vaxt ödənilmir. Mesajı oğluma göstərdim — orada kommersiya təklifinin nömrəsi qeyd olunmuşdu. Oğlum dedi ki, bu nömrəni deməyimi xahiş edəcəklər, sonra şəxsi kabinetimə girib pulları çıxaracaqlar. Bundan sonra zənglərə cavab vermirəm. Onlar insanları danışdıraraq aldadırlar”, — deyə Lujina bildirib.
Aktrisa yanvar ayında da dələduzların aldatması nəticəsində ürək problemləri yaşadığını etiraf edib.
Onun sözlərinə görə, naməlum bir qadın ona zəng edərək özünü “Vikipediya” əməkdaşı kimi təqdim edib və guya saytdakı səhifənin yenilənməsi üçün Lujinanın həyatı ilə bağlı suallar verib. Bir müddət sonra isə aktrisadan telefonuna göndərilən dörd rəqəmli kodu deməsini istəyib.
Lujina bu tələbi yerinə yetirsə də, şübhələnərək İT mütəxəssisi olan nəvəsinə zəng edib. Nəvəsi ona “Dövlət Xidmətləri” (Gosuslugi) portalındakı şəxsi kabinetinin sındırıldığını bildirib.
Ayaz