DÜNYA ÖZ XƏBƏR

Ankara səması bağlandı

Ankaradan havaya qalxan, göyərtəsində Liviya Baş Qərargah rəisinin olduğu təyyarə ilə əlaqə kəsilib. Bu səbəbdən Türkiyə paytaxtı üzərində hava məkanı uçuşlar üçün bağlanıb.

32gun.az bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Məlumata görə, Ankara hava məkanı müvəqqəti olaraq uçuşlara qapadılıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Moskva vaxtı ilə saat 20:52-yə olan məlumata əsasən, saat 20:10-da Ankara hava limanından qalxan Falcon 50 tipli biznes-jetlə əlaqə itib.
Qeyd olunur ki, ekipaj təyyarənin Haymana rayonu üzərində fövqəladə eniş etmək niyyətində olduğunu bildirib. Bundan sonra hava gəmisi ilə rabitə tamamilə kəsilib. Təyyarədə 5 nəfər sərnişin olub.
Daha əvvəl də Ankaranın Esenboğa beynəlxalq hava limanından qalxdıqdan sonra, göyərtəsində Liviya Baş Qərargah rəisinin olduğu şəxsi təyyarənin radarlardan itdiyi barədə məlumat yayılmışdı.
Xatırladaq ki, iyul ayında da 49 nəfərin olduğu An-24 tipli sərnişin təyyarəsi radarlardan itmiş, daha sonra Tında yaxınlığında ikinci eniş cəhdi zamanı qəzaya uğramışdı. Həmin hadisədə sağ qalan olmamışdı.

Ayaz 

Oxşar Xəbərlər