ÖZ XƏBƏR

Soyuq havada nə etməli? – Qış aylarında sağlam qalmağın yolları

Qış mövsümü bir çox insan üçün soyuqdəymə, halsızlıq və immun zəifləməsi ilə assosiasiya olunur. Temperaturun aşağı düşməsi orqanizmin müdafiə mexanizmlərini zəiflədir və müxtəlif xəstəliklərin yayılmasına şərait yaradır.

32gun.az bu barəd=ə araşdırma aparıb:

Soyuq hava orqanizmə necə təsir edir? Qidalanma və geyim əsas şərtdir

Havanın kəskin soyuması qan dövranını zəiflədir, immun sistemini yükləyir. Xüsusilə uşaqlar və yaşlılar risk qrupunda sayılır.

Mütəxəssislər qış aylarında vitaminlə zəngin qidaların, xüsusilə C və D vitamininin qəbulunu vacib sayır. Lay-lay geyinmək, ayaqları və boğazı isti saxlamaq da mühüm şərtdir.

Ev mühiti və hərəkət

Soyuq havalarda otaqların tez-tez havalandırılması və evdə fiziki aktivliyin qorunması tövsiyə olunur.

Terapevt Rəyşad Məmmədov bildirir ki, “soyuq havada ən böyük səhv hərəkətsizlikdir. İnsanlar düşünür ki, evdə qalmaq kifayətdir. Halbuki gündəlik yüngül hərəkətlər immuniteti qoruyur”.

Nilay

Oxşar Xəbərlər