Açıq havada kitab oxumaq, yoxsa evdə otaqda? – Hansı daha faydalıdır?
Kitab oxumaq zehni inkişaf üçün əvəzolunmazdır. Lakin oxu mühitinin seçimi də diqqət və qavrama baxımından mühüm rol oynayır.
32gun.az bu barədə araşdırma aparıb:
Açıq havada oxumağın üstünlükləri - Evdə oxumağın rahatlığı
Təmiz hava beyinə daha çox oksigen ötürür, diqqəti artırır. Park və sakit məkanlarda oxunan kitablar stressi azaldır.
Ev şəraiti səs-küyə nəzarət baxımından daha stabildir. Xüsusilə dərs və elmi ədəbiyyat üçün ev mühiti daha uyğun hesab olunur.
Hansı kimlər üçün hansıdır?
Uşaqlar və yeniyetmələr üçün ev mühiti daha təhlükəsiz və fokuslanmış oxu imkanı yaradır.
Ekspert rəyi:
Təhsil üzrə mütəxəssis Nigar Hüseynlizad=ə 32gun.az-a bildirir ki, “bədii ədəbiyyat açıq havada daha rahat qavranılır, lakin analitik oxu üçün qapalı mühit daha məqsədəuyğundur”.
Bədii ədəbiyyatın açıq havada oxunması insanın emosional durumuna müsbət təsir göstərir. Təmiz hava, təbiət mənzərəsi və sakitlik təxəyyülün daha aktiv işləməsinə imkan yaradır. Bu da oxunan mətnin daha rahat qavranılmasına və yadda qalmasına kömək edir. Xüsusilə hekayə və roman oxuyan şəxslər üçün açıq hava ideal mühit sayıla bilər.”
Ekspertin sözlərinə görə, analitik düşüncə və yüksək diqqət tələb edən oxu növləri üçün isə qapalı məkanlar daha uyğundur:
“Dərs vəsaitləri, elmi məqalələr, texniki və analitik mətnlər diqqətin uzun müddət bir nöqtədə cəmlənməsini tələb edir. Bu baxımdan ev şəraitində, səs-küyə və kənar təsirlərə nəzarətin mümkün olduğu mühit daha effektivdir. Xüsusilə şagird və tələbələr üçün evdə oxu vərdişi daha sistemli və planlı şəkildə formalaşır.”
Nigar Hüseynova əlavə edir ki, ideal yanaşma hər iki mühitdən məqsədyönlü şəkildə istifadə etməkdir:
“Oxucular öz oxu məqsədlərinə uyğun olaraq mühiti dəyişməlidirlər. Günün müəyyən saatlarında açıq havada bədii kitab oxumaq, digər vaxtlarda isə evdə dərs və ya ixtisasla bağlı ədəbiyyata vaxt ayırmaq həm zehni inkişafı, həm də oxu motivasiyasını artırır.”
Nilay