Anna Şerbakova Olimpiada-2026-da şərhçi kimi çalışmayacağını açıqladı
Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Anna Şerbakova 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarında idmançıların çıxışlarını şərh edib-etməyəcəyi ilə bağlı suala cavab verib.
32gun.az bildirir ki, Bu barədə Rusiya Olimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Şerbakova bildirib ki, Olimpiadada şərhçi kimi çalışmaq onun üçün maraqlı olardı, lakin mövcud şərait bunu mümkün etmir:
“Şübhəsiz ki, orada işləmək maraqlı olardı. Amma bəzi səbəblərə görə düşünürəm ki, bu il Olimpiya Oyunlarında şərhçi olmayacağam. Bununla belə, ailəmlə birlikdə İtaliyaya getməyi və yarışları tamaşaçı kimi izləməyi planlaşdırıram. Bu ab-havanı başqa tərəfdən hiss etmək, fərqli emosiyalar yaşamaq istəyirəm”, — deyə Şerbakova vurğulayıb.
Xatırladaq ki, Anna Şerbakova Pekində keçirilən 2022-ci il Olimpiya Oyunlarında tək proqram üzrə qızıl medal qazanıb. O, həmin yarışda həmyerlisi Aleksandra Trusovanı — sərbəst proqramda beş dördlü tullayış yerinə yetirməsinə baxmayaraq — və yaponiyalı Kaori Sakamotonu geridə qoyub. Bu Olimpiadadan sonra Şerbakova rəsmi turnirlərdə iştirak etməyib.
Bununla yanaşı, Fedor Petroşyan və Pyotr Qumenik Beynəlxalq Konkisürmə İttifaqının (ISU) seçmə turnirinin nəticələrinə əsasən Olimpiya lisenziyası qazanıblar. Beynəlxalq Olimpiya Komitəsi (BOK) noyabrın 27-də fiqurlu konkisürənlərin 2026-cı il Qış Olimpiya Oyunlarında iştirakına rəsmi icazə verib. Hər iki idmançı zəruri yoxlamalardan keçib.
Ayaz