ÖZ XƏBƏR

Nazirlik 15 yeni avtomobil alacaq

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti 15 ədəd yeni nəqliyyat vasitəsinin alınması üzrə satınalma elan edib.

32gun.az xəbər verir ki,  ehtimal olunan qiymət 358.750,05 AZN təşkil edir.

Satınalınacaq avtomobillərin texniki tələbləri: istehsal ili 2025–2026, yürüş 0 km, rəngi yaş asfalt, gümüşü və ya ağ, mühərrik həcmi 1600 sm³ və daha çox, minimum at gücü 75 kVt, mexaniki ən azı 5 sürətli ötürücü, tam ötürücü sistemi, təhlükəsizlik kəmərləri, ABS/EBD, sürücü təhlükəsizlik kəməri xəbərdarlıq indikatoru, kondisioner, ön oturacaqların qızdırıcısı, elektriklə tənzimlənən və qızdırılan yan güzgülər. Həmçinin icbari sığorta və dövlət qeydiyyatına salınma tələb olunur.

Nilay

Oxşar Xəbərlər