ÖZ XƏBƏR
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından 202 min manat - tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi üçün
Xaçmaz Rayon Mərkəzi Xəstəxanası 2026-cı il üzrə müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətlərinin satın alınması ilə bağlı tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan qiyməti 201.968,96 AZN təşkil edir.
Məlumata görə, satınalma çərçivəsində B və C sinifləri üzrə tibbi tullantıların ümumilikdə 1.378 kubmetr həcmində zərərsizləşdirilməsi, həmçinin bu tullantıların 18.000 kilometr məsafədə daşınması nəzərdə tutulur. Eyni zamanda, D sinifi üzrə tibbi tullantıların 1.500 kiloqram həcmində zərərsizləşdirilməsi və bu tullantıların 572 kilometr məsafədə daşınması xidmətləri də satınalma predmetinə daxildir.
Ayaz