Məşhur aktrisa boşandığı həyat yoldaşının qızı ilə fotosunu paylaşdı
Rusiyalı aktrisa Kristina Asmus keçmiş həyat yoldaşı, komediyaçı Garik Xarlamovun onların qızı Anastasiya ilə nadir fotosunu paylaşıb.
32gun.az bildirir ki, aktrisa şəkilləri Instagram sosial şəbəkəsində yayımlayıb.
Kristina Asmus qızı Anastasiyanı 12 yaşı münasibətilə açıq şəkildə təbrik edib. Qızının doğum günü münasibətilə aktrisa ailə arxivindən bir neçə foto paylaşıb. Kadrlardan birində Anastasiya atası Garik Xarlamov və ailənin iti ilə birlikdə görüntülənib. Şoumen qızını və iti qucaqlayıb. Digər fotolarda isə Anastasiya ya tək, ya da anası ilə birlikdə yer alıb.
Aktrisa paylaşımına emosional qeydlər əlavə edib:
“12 il əvvəl dopamin zirvəyə qalxdı. 12 il əvvəl həyatımın intonasiyası dəyişdi — mən ana oldum, dünyanın ən yaxşı insanının anası. Nastya, səninlə yan-yana olmaq mənim üçün böyük xoşbəxtlikdir. Sən möhtəşəmsən! Hər gün çox sayda insanı xoşbəxt edirsən. Özün-özlüyündə gözəlsən! Xahiş edirəm, tələsmə, istədiyin kimi ol, heç nədən qorxma və heç kimə heç nə sübut etmə. Sağlam ol və həmişə özünə güvənəcək gücün olsun. Unutma, bizim məqsədimiz üfüqdür. Ad günün mübarək, qızım! Səni sonsuz sevirəm!”
Qeyd edək ki, Garik Xarlamov və Kristina Asmus 2020-ci ildə ayrılıblar. Şoumen daha əvvəl etiraf etmişdi ki, qızını tam ailədə böyütmək istəyirdi və bu səbəbdən uzun müddət boşanmanı təxirə salmışdı. Lakin sonradan tərəflər ayrılmağın onlar üçün daha doğru qərar olduğunu anlayıblar. Buna baxmayaraq, Xarlamov və Asmus münasibətləri tam kəsməyib, bir müddət eyni evdə yaşamağa davam ediblər. Yalnız 2023-cü ilin aprelində aktrisa ayrı evə köçüb.
Garik Xarlamov boşanmadan bir ay sonra aktrisa Katerina Kovalçukla münasibətə başlayıb. 2024-cü ilin iyununda cütlüyün rəsmi nikaha girdiyi, avqustda isə Agalarov Estate malikanəsində toy mərasimi keçirdiyi məlum olub.
Nilay