ÖZ XƏBƏR

Azərbaycan Tibb Universitetində mühazirə zalı təmir olunacaq

Azərbaycan Tibb Universiteti 4 saylı tədris binasının 4-cü mərtəbəsində yerləşən mühazirə zalının cari təmir işlərinin satın alınması məqsədilə tender keçirib.

32gun.az xəbər verir ki,  tenderin qalibi "İshi İnşaat Memarlıq Mühəndislik Emlak Turizm Sanayi ve Ticarət Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı olub və görüləcək işlərlə bağlı 62.497,04 azn məbləğində müqavilənin bağlanacağı gözlənilir.

Satınalma sənədlərinə görə, layihə çərçivəsində rozetkaların sökülməsi və yenilənməsi, elektrik açarlarının sökülməsi və ikili açarların quraşdırılaraq yenilənməsi, pilləkəndə mövcud xalçanın sökülməsi və sökülmüş xalçanın yerinə yenidən vurulması, həmçinin zala uyğun digər elektrik və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Nilay

Oxşar Xəbərlər