ÖZ XƏBƏR

Azərbaycan Milli Aerokosmik Agentliyi sərnişin liftləri quraşdırılır

Azərbaycan milli aerokosmik agentliyi tərəfindən qurğuların alınması üzrə yeni tender elan edilib.

32gun.az xəbər verir ki, satınalma çərçivəsində hər birinin minimum yükqaldırma qabiliyyəti 1000 kq olan iki ədəd sərnişin lifti əldə olunması nəzərdə tutulur.

Layihə-sənədlərinə görə, alınacaq liftlər inzibati binada 10 mərtəbə üzrə dayanacaq və qapı sayına uyğun quraşdırılmalı, hərəkətdə olan rejimdə 1,5 m/s sürət göstəricisini təmin etməlidir. Zəmanət müddəti qurğular üçün 24 ay, görüləcək montaj işləri üçün isə 12 ay müəyyənləşdirilib.

Satınalmanın ehtimal olunan dəyəri 219.480 azn təşkil edir. Tender proseduru başa çatdıqdan sonra qalib tərəf barədə məlumatların, o cümlədən müəssisənin nizamnamə kapitalı və hüquqi nümayəndəsinin açıqlanacağı gözlənilir.

Ayaz

Oxşar Xəbərlər