ÖZ XƏBƏR
Dövlət Agentliyi telekommunikasiya xidmətləri üçün müqavilə bağladı
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ölkədaxili və beynəlxalq danışıq xidmətləri üzrə abunə haqqı və telefon danışığı xidməti üçün «TRANSEVROKOM» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb.
32gun.az xəbər verir ki, müqavilə məbləği 2.783,92 AZN təşkil edir. Xidmət çərçivəsində şirkət agentliyin işçi heyəti üçün telekommunikasiya xidmətlərinin təminatını həyata keçirəcək, rabitənin fasiləsiz və səmərəli işləməsini təmin edəcək.
Nilay