ÖZ XƏBƏR

Lənkəran Dövlət Universitetində anbar binası sökülür

“Lənkəran Dövlət Universiteti” Publik Hüquqi Şəxsi Lənkəran şəhəri, H.Əliyev küçəsi 229 ünvanında yerləşən 4 saylı binada anbar binasının sökülməsi ilə bağlı satınalma prosedurunu yekunlaşdırıb.

32gun.az xəbər verir ki,  satınalmaların portalında yer alan məlumata əsasən, sözügedən işlərin icrası “MM İnşaat Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Bu çərçivədə tərəflər arasında 18.248,3 AZN məbləğində müqavilənin bağlanacağı bildirilir.

Qeyd edək ki, satınalma sənədlərində işlərin həyata keçirilməsi müddətində obyektin təhlükəsizliyinin təmin edilməsi məqsədilə mühafizə xidmətinin də nəzərdə tutulduğu, mühafizənin biri 24 saatlıq, digəri isə 12 saatlıq olmaqla iki post üzrə və 12 ay müddətində təşkil olunacağı qeyd edilir.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovdur

Ayaz

 

 

Oxşar Xəbərlər