Sankt-Peterburq “Zenit” futbol klubu Braziliyanın “Kruzeiro” komandası ilə yarımmüdafiəçi Jersonun transferi üzrə danışıqları davam etdirir.
32gun.az bildirir ki, Bu barədə jurnalist Dan Abreu X sosial şəbəkəsində məlumat verib.
“Zenit” ilkin olaraq 27 milyon avro təklifini rədd edib və indi 30 milyon avro tələb edir. Əgər Braziliya tərəfi bu şərtləri qəbul edərsə, transfer yaxın vaxtlarda başa çata bilər.
Jerson “Zenit”in 2025-ci ilin yay transfer pəncərəsindəki ən bahalı transferi olub. O, Sankt-Peterburq klubuna keçməzdən əvvəl “Flamengo”da çıxış edərək 2024-cü il Braziliya Seriya A mövsümündə 35 oyunda 7 məhsuldar ötürmə edib.
Qeyd edək ki, fevral 2022-ci ildə FIFA və UEFA Rusiya milli komandası və klublarını turnirlərdən uzaqlaşdırıb. Bu səbəbdən rus klubları Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında iştirak edə bilmir, kişilərdən ibarət milli komanda isə 2022-ci il dünya çempionatına və 2024-cü il Avropa çempionatına buraxılmayıb.
Ayaz