İDMAN ÖZ XƏBƏR

Avropa Çempionatı Polşadan Albaniyaya köçürülüb

Avropa Ağırlıqqaldırma Federasiyası (EWF) 2026-cı ildə Polşada keçirilməsi planlaşdırılan gənclər və 23 yaşadək idmançılar üzrə Avropa Çempionatını ləğv edib.

32gun.az bildirir ki, bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.

Qərarın səbəbi Rusiya və Belarus idmançıları üçün vizaların alınmasında yaranan problemlərdir. Yeni yarış yeri olaraq Albaniya seçilib və turnir 2026-cı ilin oktyabr ayında keçiriləcək.
EWF açıqlamasında qeyd edib ki, federasiya idmanda inklüzivlik, bərabər imkanlar və birliyi dəstəkləyir və siyasi və geosiyasi əsaslarla ayrı-seçkiliyi qəbul etmir. Təşkilat idmançıların siyasətdən asılı olmayaraq ədalətli yarışlarda iştirak hüquqlarını qorumağa sadiqdir.
Qeyd edək ki, 11 dekabrda Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus gənc idmançılarının beynəlxalq yarışlarda iştirakına qoyulan məhdudiyyətləri aradan qaldırmağı tövsiyə edib.

Ayaz 

Oxşar Xəbərlər