"Rusiya xalqı gerçəkləri bilsə dəhşətə gələcək" - Boris Conson çağırış etdi
Böyük Britaniyanın baş naziri Boris Conson ruslara müraciət edib.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Conson onları Rusiya ordusunun Ukraynada gördüyü işlər barədə doğru məlumat almağa çağırıb. Britaniyalı siyasətçi əmindir ki, Rusiya Federasiyasının vətəndaşları əslində nə baş verdiyini bilsəydilər, dəhşətə gələrdilər.
Baş nazirinin fikrincə, Rusiya hərbçilərinin törətdiyi hərbi cinayətlər haqqında həqiqət ilk növbədə oğullarını xarici ölkəyə göndərən və bununla fəxr edən əsgər analarını dəhşətə gətirəcək. Conson hesab edir ki, əgər həqiqət Rusiyaya gəlsə, onun xalqı “müharibəni” və Rusiya prezidenti Vladimir Putin rejimini dəstəkləyə bilməyəcək.
Conson rusları VPN-dən istifadə etməyə, qeyri-rus mediasından faktlar öyrənməyə və ətraflarına həqiqəti söyləməyə çağırıb:
"Təqsirkarlar ədalət qarşısında cavab verəcəklər. Tarix isə onların gözünü yayındıranları unutmayacaq. Sizin prezidentiniz hərbi cinayətlərdə ittiham olunur. Amma mən onun sizin adınıza hərəkət etdiyinə inanmıram".
Nurlan Şiraliyev