DÜNYA

"Ukraynanın bu layihəsi İstanbulda təqdim etdiyi təkliflərdən fərqlidir" - Lavrov

Ukrayna Rusiya ilə İstanbul görüşünün müddəalarından kənara çıxan yeni saziş layihəsini təqdim edib.

32gun.az xəbər verir ki, Lavrov razılaşmanın yeni Ukrayna variantında, Ukraynanın təhlükəsizlik zəmanətlərinin Krım və Sevastopol üçün şamil olunmadığı ilə bağlı qeyd olmadığını bildirib. 

Onun sözlərinə görə, Ukraynanın danışıqlara getməməsi onun Rusiya ilə danışıqları uzatmaq və hətta onu pozmaq üzrə əsl planlarını xarakterizə edir.

XİN rəhbəri əlavə edib ki, Vaşinqton Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edir.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər