DÜNYA

Ukrayna Krımı və Donbası işğalçılara verəcəkmi? - Zelenskidən CAVAB

Ukrayna prezidenti Zelenski sülh naminə Ukrayna ərazilərini Rusiyaya verməyə hazır olmadığını və belə bir sualın yarana biləcəyi vəziyyətdə olmaq istəmədiyini bəyan edib.

32gun.az xəbər verir ki, bunu dövlət başçısı CBS telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib.

Xüsusilə, prezidentdən sülh naminə Ukraynanın hər hansı bir hissəsindən imtina etməyə hazır olub-olmadığı soruşulub.

“Ümumiyyətlə, biz dövlətimizdən, ərazilərimizdən imtina etməyə hazır deyilik" - deyə Zelenski vurğulayıb.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər