HADİSƏ

"Kinder" yumurtası can aldı: 3 yaşlı qız həyata gözlərini yumdu

İngiltərədə Bruklin-Mai adlı 3 yaşlı qızın ölümü ailələrdə panika yaradıb.

32gun.az bildirir ki, iddiaya görə,  azyaşlı "Kinder" yumurtası yedikdən sonra xəstələnib. Onun qızdırması 39-dan yüksək olub. Xəstəxanada bütün müdaxilələrə baxmayaraq uşağı xilas etmək mümkün olmayıb. 

Bruklinin anası Şarlotta "Çox macəraçı və aktiv qızımı belə görmək və xatırlamaq ürək ağrıdır", - deyə söyləyib. 

Azyaşlının ölüm səbəbi araşdırılır.

Xatırladaq ki, Belçikanın "Ferrero” markasının istehsal etdiyi "Kinder" yumurtalarında salmonella virusu aşkar edildikdən sonra məhsullar geri çağırılıb və müvəqqəti olaraq fabrik bağlanıb. //sfera.az

Oxşar Xəbərlər