DÜNYA

Bu ölkələrin prezidentləri Kiyevə yollanır - Zelenski ilə görüşmək üçün

Litva, Polşa, Estoniya və Latviya prezidentləri Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edirlər.

32gun.az xəbər verir ki, bu barədə Litva prezidenti Nauseda Twitter-də məlumat yayıb.

"Kiyevə güclü siyasi dəstək və hərbi yardım mesajı ilə yollanırıq. Litva Ukraynanın suverenliyi və azadlığı uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək”, - deyə Nauseda Polşa, Estoniya və Latviya liderləri ilə dəmiryol vağzalında çəkilmiş fotonu əlavə edərək yazıb.

Tərəflər Ukraynaya hərbi dəstək və Rusiyaya qarşı sanksiyaları müzakirə etmək niyyətindədirlər.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər