DÜNYA
Səhiyyə nazirini oğurlamaq istədilər - FOTO
Almaniyada səhiyyə naziri Karl Lauterbaxi oğurlamağı planlaşdıran 4 nəfər saxlanılıb.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial mediada Lauterbaxı oğurlamağı və ölkədəki bəzi enerji obyektlərinə hücum etməyi planlaşdırdığı təsbit edilən şəxslərin evlərinə basqın edilib və çoxlu silah-sursat götürülüb. Reydlərdə saxta peyvənd sertifikatları da aşkarlanıb. Onlar barəsində cinayət işi açılıb.
