DÜNYA
Bayden yenə dünyanın gündəmində: Bu dəfə də boşluqla əl sıxışdı (VİDEO)
ABŞ Prezidenti Co Bayden bu dəfə danışdığı universitetdə qəribə hərəkətləri ilə sosial şəbəkələrdə gündəmə gəlib.
32gun.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkəsindəki tədarük zənciri böhranı ilə bağlı 40 dəqiqəlik çıxış edən Bayden, çıxışı bitdikdən sonra əl sıxmaq üçün əlini boşluğa uzadıb.
Bir müddət əlini uzadaraq dayanan Bayden daha sonra sağ-soluna baxaraq qəribə davranışına davam edib.
Daha sonra tamaşaçılara arxa çevirən ABŞ prezidenti alqışlar və musiqi müşayiəti ilə səhnəni tərk edib.
Qeyd edək ki, Bayden yıxılması və ya zaman-zaman çıxışlarında yol verdiyi səhvlərlə gündəmə gəlir. //olke.az