DÜNYA

Həkim qadına intim münasibətdə olmağı qadağan etdi - Əri dəhşət yaşatdı (FOTO)

Antalyada qəribə hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 29 yaşlı Arzu Yelkən  xəstə olduğu üçün həkimi qadına cinsi əlaqəyə qadağa qoyub. Qadının həyatı bundan sonra kabusa dönüb.

Belə ki, Arzu Yelkən 16 yaşında H.Y ilə ailə qurub. 3 il sonra ana olan Yelkən qadın xəstəliklərindən də müalicə olunub. Həkimin intim münasibətə qadağa qoymasından sonra əri ilə mübahisələri başlayan Yelken ikinci övladını 22 yaşında dünyaya gətirib. 

H.Y ilə mübahisələri artan Yelken 2018-ci ildə özünü aldatdığı və narkotik istifadə etdiyi səbəbi ilə boşanmaq qərarına gəlib və həyat yoldaşını məhkəməyə verib.

Boşanmaq istəməyən ər də "fikrindən daşınmasan, səni güllələyəcəm" deyərək qadını hədələyib.

Fikrindən daşınmayan Arzu Yelkən əri ilə boşanma barədə danışmaq üçün onun evinə gedib. Bu zaman əri onu ov tüfəngi ilə sağ ayağından güllələyib. Hadisədən sonra ər həbs olunub. 2 aya yaxın xəstəxanada müalicə alan qadının 4-cü əməliyyatdan sonra sağ ayağı amputasiya edilib. 

Antalya 5-ci Ağır Cəza Məhkəməsində mühakimə olunan H.Y. 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İyun ayında apellyasiya məhkəməsində baxılan işdə H.Y-nin azadlığa buraxılmasına qərar verilib. 

Oxşar Xəbərlər