DÜNYA
Xarici işlər naziri istefa verdi
Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev istefa verib.
32gun.az xəbər verir ki, bu barədə TASS-a ölkə Prezidentinin Administrasiyasındakı mənbə bildirib.
Qırğızıstan Prezidenti Sadır Japarov Kazakbayevin istefasını qəbul edib. Xarici işlər nazirinin işdən çıxarılmasının səbəbləri göstərilmir.
Onun səlahiyyətlərini Jeenbek Kulubayev müvəqqəti icra edəcək.
