Şəmkirdə ağır qəza - 3 nəfər öldü
Şəmkir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı bəlli olub.
32gun.az xəbər verir ki, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb.
“Mercedes-Benz” markalı avtomobilin sürücüsü idarə etməni itirərək VAZ-2106 markalı avtomobilə, o isə VAZ-2107 markalı avtomobilə çırpılıb. Nəticədə VAZ-2107 markalı avtomobildə olan Bayram Gözəlov, Əliyeva Gəncalə və Əliyeva Aliyə hadisə yerində ölüblər. Avtomobildə olan Gözəlov Yasin, Gözəlov Hüseyn və digər sərnişin Əliyeva Hicran müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan başqa “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Zeynalov Elməddin və VAZ-2106 markalı avtomobilin sürücüsü Allahverdiyev Sənan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.