ABŞ-da XAOS - Bayden hakimiyyətdən uzaqlaşdırılır?
"Ukraynaya hərbi yardım Amerika Birləşmiş Ştatlarının iqtisadiyyatı və müdafiə sistemi üçün ciddi problemlərlə nəticələnib və prezident Co Bayden vəziyyətin nə qədər təhlükəli olduğunu açıq şəkildə dərk etmir".
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Fox News-un aparıcısı Taker Karlson deyib. O, nüvə müharibəsi təhlükəsi səbəbindən Baydeni hakimiyyətdən uzaqlaşdırmağa çağırıb.
Jurnalist Amerika mediasının məlumatlarına istinad edərək bildirib ki, ABŞ Kiyevə o qədər silah göndərib ki, indi onlar öz çatışmazlıqlarını hiss edirlər:
"Ciddi münaqişə olarsa, sursat kifayət etməyəcək. Bununla belə, Bayden dayanmamaq qərarına gəlib və Konqresi Ukraynaya kömək üçün əlavə 33 milyard dollar ayırmağa çağırıb".
Karlsonun sözlərinə görə, bu məbləğ, xüsusən də keçmiş prezident Donald Trampın Meksika ilə sərhəddə divar tikintisi üçün xahiş etdiyi məbləğdən xeyli çoxdur. Bu arada ölkədə iqtisadi vəziyyət getdikcə pisləşir: rekord inflyasiya, ərzaq və enerji qıtlığı tənəzzül təhlükəsi yaradır.
Teleaparıcı qeyd edib ki, bu vəziyyətdə Amerika liderinin davranışı daha qorxuludur. Karlson prezidentin kəkələyərək və gülümsəyərək rus oliqarxlarının əmlakını müsadirə etmək planlarından danışdığı videonu nümayiş etdirib.
Nurlan Şiraliyev