SON DƏQİQƏ! Operativ qərargah iki vacib məlumatı əhaliyə çatdırdı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 792 585 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 804 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib, aktiv xəstə sayı 72 nəfərdir.
Ölkədə son sutka ərzində 1667, hazırkı dövrədək isə 6 820 672 test aparılıb.
Digər bir məlumata görə, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 30 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 32gun.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ və pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunan olmayıb. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 20 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 653 700, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 336, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 610, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 372, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfər təşkil edir.