SOSIAL

SON DƏQİQƏ! Operativ Qərargah bu iki məlumatı əhaliyə çatdırdı

Azərbaycanda koronavirus infeksiyasına 3 yeni yoluxma halı qeydə alınıb, 14 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə 32gun.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ümumilikdə 792 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı qeydə alınıb. Onlardan 782 818 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər dünyasını dəyişib, hazırda aktiv xəstə sayı 61 nəfərdir.

Son gün ərzində 2 351, hazırkı dövrədək isə 6 823 023 test aparılıb.

 Operativ Qərargahdan verilən digər məlumata görə,  Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 22 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 15, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 0 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 653 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 341, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 612, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 387, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfər təşkil edir.

Oxşar Xəbərlər