SOSIAL
Bu nazirliyinin strukturunda DƏYİŞİKLİK EDİLDİ
Nazirlər Kabineti “Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
32gun.az-ın xəbərinə görə, “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” Məhdud Məsuliyyətli Cəmiyyəti və Nəqliyyat Təlim-Tədrisi Mərkəzi siyahıdan çıxarılıb.
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.