DÜNYA

Makrondan Ukrayna ilə bağlı vacib AÇIQLAMA

"Ukraynanın Aİ-yə qəbulu prosesi bir neçə il, hətta onilliklər çəkə bilər".

32gun.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.

"Əgər biz Avropa İttifaqına daxil olmaq üçün standartları aşağı salmağa qərar verməsək, Ukraynanın Aİ-yə daxil olmasına icazə verilməsi prosesi bir neçə il, hətta düzünü desək, onilliklər çəkəcək" - deyə, o bildirib.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen aprel ayında Kiyevə səfəri zamanı Volodimir Zelenskiyə Avropa İttifaqına üzvlüklə bağlı danışıqlara başlamaq üçün sorğu vərəqəsini verib.

O vurğulayıb ki, ötürülən sənəd “yaxın aylarda müzakirələr üçün əsasdır”. Daha sonra Zelenski bildirib ki, anketin doldurulmuş birinci hissəsini Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin rəhbəri Mati Maasikasa təhvil verib.

O əlavə edib ki, Ukrayna tezliklə cavabların ikinci hissəsini Aİ-yə ötürəcək.

Nurlan Şiraliyev

Oxşar Xəbərlər