DÜNYA
Hakerlər Putinini çıxışı zamanı hücuma keçdi
“Lenta.ru” nəşri hakerlərin kiber hücumuna məruz qalıb.
32gun.az xəbər verir ki, bu barədə nəşrin baş redaktoru Vladimir Todorov bildirib.
Redaktorun sözlərinə görə, kiber hücum Putinin Moskvada keçirilən hərbi paraddakı çıxışı yayımlanarkən baş verib.
Putinin çıxışı zamanı ekranlarda Ukrayna ilə bağlı mesaj əks olunub: "Minlərlə ukraynalının və yüzlərlə uşağın qanı sizin əllərinizdədir. Televiziyalar və rəsmilər yalan danışırlar. Savaşa yox!".
Bundan əlavə, sayta Rusiya Federasiyasının Ukraynadakı xüsusi əməliyyatına qarşı yönəlmiş materiallar yerləşdirilib.
Nurlan Şiraliyev