HADİSƏ
DƏHŞƏTLİ QƏTL! Polis qadını vurub, özünü öldürdü - ANBAAN VİDEO (FOTOLAR)
Türkiyədə polis məmuru qadını küçənin ortasında güllələyib.
32gun.az xəbər verir ki, hadisə İstanbulda baş verib. Hadisə anbaan mobil telefonla lentə alınıb.
H.Ö. adlı təqaüddə olan polis əməkdaşı Y.K. adlı qadını əlindəki tapança ilə naməlum səbəbdən güllələyib. Daha sonra həmin şəxs eyni silahı başına dayayaraq intihar edib.
Xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları və təcili yardım göndərilib. Şahidlərin birinin bildiriyinə görə, baş verənləri belə izah edib:
"Şirkətdə idik. Baş verənləri anlamadıq. Qadınlara qarşı bu hərəkətləri istəmirik. Kişiliyimdən utanıram. Belə bir şey yoxdur".
Həmin görüntüləri təqdim edirik:
Nurlan Şiraliyev