HADİSƏ
Bu akademiyada QANUN POZUNTUSU: cinayət işi açıldı
Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırma aparılıb.
32gun.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı akademiyanın əməkdaşları da ifadə verib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş hüquqpozmalarla əlaqədar fakta görə 01.04.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 313 və 308.1-ci maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
