Polis mayoru xidməti otağında özünü ÜRƏYİNDƏN GÜLLƏLƏDİ (FOTO)
Rusiyanın Tver vilayətinin Krasnıy Xolm şəhərində dəhşətli hadisə baş verib.
32gun.az Rusiya mediasına istinadla bildirir ki, noyabrın 17-də “Krasnoxolmski” polis idarəsinin 41 yaşlı əməkdaşı xidməti vəzifəsini yerinə yetirdiyi müddətdə ona verilmiş xidməti silahı təhvil verməli idi. Lakin təyin olunmuş vaxtda gəlməyib. Həmçinin on edilən zəngləri cavabsız qoyub.
Bu vəziyyətdən şübhələnən həmkarları xidməti otağının qapısını sındıraraq içəri daxil olublar. Polislər həmkarlarını otaqda ölü tapıblar. Məlum olub ki, polis mayoru xidməti silahı ilə ürəyindən atəş açaraq intihar edib.
Hüquq-mühafizə orqanları polis əməkdaşının iş yerində ölməsindən sonra araşdırmaya başlayıb.
Mərhumun 24 il hüquq-mühafizə orqanlarında xidmət etdiyi məlum olub.
Nilufər