HADİSƏ
Keçmiş məhkumun maşınından 4 kiloqrama yaxın narkotik TAPILDI
Samux rayonunda polis əməkdaşları avtomobildən küllü miqdarda narkotik vasitə tapıb.
32gun.az APA-ya istinadən xəbər verir ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.Musayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 95 qram marixuana aşkar edilərək götürülüb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılmış, araşdırmalar davam edir.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılmış, araşdırmalar davam edir.