Bakıda qəzaya düşən polislərin adları məlum oldu - FOTOLAR (YENİLƏNİB)
Bakıda polis əməkdaşlarının yol qəzasına düşməsi nəticəsində xəsarət alanların adları məlum olub.
32gun.az-ın Trend-ə istinadla məlumatına görə, hadisə nəticəsində 2-si polis əməkdaşı olmaqla xəsarət alan 4 nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində Nəsimi rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları, polis serjantı, 1994-cü il təvəllüdlü Kamran İsmayılov döş qəfəsinin küt travması, polis serjantı, 1996-cı il təvəllüdlü Novruz Novruzov isə baş nayihəsinin sıyrılmış yarası diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
N.Novruzovun xəsarətləri yüngül olduğundan o ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb, K. İsmayılov isə cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hadisə nəticəsində "Mercedes"markalı avtomobildə olan sürücü, 1996-cı il təvəllüdlü Məhəmməd Babazadə, döş qəfəsinin küt travması, sərnişin, 2003-cü il təvəllüdlü İlahə Ambasova isə qarının küt travması və bədənin ümumi əzilməsi diaqnozu ilə mərkəzin cərrahiyyə şöbəsinə yerləşdirilib.
*** 11:08
Kliniki Tibbi Mərkəz polislərin düşdüyü qəza ilə bağlı məlumat yayıb.
Mərkəzdən 32gun.az-a verilən məlumata görə, Bakının Nəsimi rayonunda Səməd Vurğun küçəsi ilə Süleyman Rəhimov küçələrinin kəsişməsində qeydə alınan qəza nəticəsində xəsarət almış 4 nəfər təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə gətirilib.
Hadisə nəticəsində xəsarət alanlardan 2 nəfər döş qəfəsinin travması ilə, bir nəfər isə qarnının küt travması və bədənin ümumi əzilməsi ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alanlardan bir nəfərin başında və üzündə yüngül yaralar olduğu üçün ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hazırda xəstəxanaya yerləşdirilmiş yaralıların vəziyyəti stabil qiymətləndirilir. //lent