SOSIAL

Spiker nazir, icra başçısı və oliqarx məmur övladların parlamentdən QOVDU – Qafarovaya sərt təzyiqlər olundu

Parlamentin rəhbərliyi dəyişəndən bugünədək onlarla nazir, icra başçısı və məmur övladı Milli Məclis Aparatından uzaqlaşdırılıb.

Bu barədə Musavat.com-a Milli Məclisdəki özəl mənbədən məlumat verilib.

Bildirilir ki, hətta buna görə parlamentin spikeri Sahibə Qafarovaya müəyyən təzyiq göstərilib. Lakin o, məmur övladlarına güzəşt etməyib. Ölkə rəhbərliyi də MM sədrinin bu qərarlarını dəstəkləyib.

Məlumatda bildirilir ki, bundan əvvəlki rəhbərliyin zamanında Aparatdakı vəzifələrə təyin olunmuş məmur övladlarından kimlər əmək intizamını pozurdusa, sayğısızlıq göstərirdisə, hamısı tutduqları postlarla vidalaşmalı olub.

Məlumata dair rəsmi açıqlama olsa, onu da dərc etməyə hazırıq.

 

Oxşar Xəbərlər