HADİSƏ

Bakıdakı güclü yanğın söndürüldü (VİDEOLAR/FOTOLAR)

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində Bakının Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən sexdə baş vermiş yanğın söndürülüb. 

32gun.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, qalan hissənin soyutma işləri davam etdirilir.

Nurlan Şiraliyev 

15:18

Xəbər verdiyimiz kimi, Ulduz metrosu yaxınlığında yerləşən sexlərin birində güclü yanğın başlayıb.

32gun.az-ın hadisə yerində olan əməkdaşının bildirdiyinə görə, yanğının söndürülməsi üçün havaya 2 helikopter qaldırılıb.

Bir müddət öncə söndürüldüyü deyilən yanğın yenidən alovlandığı üçün helikopterlərlə söndürülmə işləri davam etdirilib. 

Nurlan Şiraliyev 

Bakıdakı yanğın  yenidən alovlandı- Havaya təcili iki helikopter qaldırıldı (VİDEOLAR/FOTOLAR)

***13:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin  Narimanov rayonu ərazisində sexdə yanğın olması barədə məlumat daxil olub.

32gun.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxşar Xəbərlər