HADİSƏ

Salyanda ağır QƏZA: Ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

32gun.az xəbər verir ki,  hadisə köhnə Ələt-Astara magistral yolunun Stansiya yaşayış massivinin yaxınlığından keçən hissəsində baş verib.  

Belə ki, hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Gornaboy rayonunun Əlirzalı kənd sakini, 1988-ci il təvəllüdlü Abbasov Elvin Eldar oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər