MƏDƏNİYYƏT - ŞOU

Nərminin son vəziyyəti AÇIQLANDI

Qardaşı Kamran Kərimbəyova donor olan müğənni Nərmin Kərimbəyova reanimasiyadan çıxıb.

32gun.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə onun anası Dilarə Kərimbəyova “Elgizlə izlə” verilişində məlumat verib.

“Nərmin də, Kamran da reanimasiyada deyil. Hər gün danışırıq. Hər ikisi palatadadır. Yavaş-yavaş düzəlirlər”.

Qeyd edək ki, Nərmin bir neçə gün əvvəl qaraciyərinin bir hissəsini qardaşı Kamrana verib. Əməliyyat Türkiyədə gerçəkləşdirilib. Nərminin qardaşı uzun illərdir “Hepatit B” xəstəliyindən əziyyət çəkir

Oxşar Xəbərlər