Kanalda batan məzun İNTİHAR EDİB? - az bal yığıbmış...
Füzulidə kanalda batdığı deyilən məzunla bağlı bir sıra detallar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, 11-ci sinif şagirdi olan 17 yaşlı Zaur Süleymanov qəbul imtahanından az bal yığıbmış. Bu səbəblə də o, yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib. Ehtimal olunur ki, məzun özünü Baş Mil kanalına atıb.
Hazırda Z. Süleymanovun axtarış tədbirləri davam etdirilir.
Məlumata görə, yeniyetmənin tapılması üçün hətta Baş Mil kanalı hazırda qurudulur.
Z.Süleymanovun intihar edib-etməməsi isə dəqiq bilinmir.
Xatırladaq ki, rayonun Böyük Bəhmənli kənd sakini 17 yaşlı Zaur Süleymanov ötən gün günorta saatlarından yaşadığı evdən çıxıb. Daha sonra onunla əlaqə saxlamaq mümkün olmayıb. Məlumata əsasən, Z. Süleymanov 11-ci sinifdə oxuyurmuş. Onun bu gün son zəngi olacaqdı.
*** 14:10
Füzulidə yeniyetmə kanalda batıb.
Fövqəladə Hallar Nazirliyindən 32gun.az-a verilən məlumata görə, Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 17 yaşlı Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.