SİYASƏT

Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Banqladeş Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qousal Azam Sarkerin etimadnaməsini qəbul edib.

32gun.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Henq Measın da etimadnaməsini qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də Çili Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rodriqo Arkosun da etimadnaməsini qəbul edib.

Oxşar Xəbərlər