HADİSƏ

Azərbaycanda qatar yolu keçmək istəyən şəxsi vuraraq ÖLDÜRDÜ

Ucarda ölümlə nəticələnən qəza olub.

32gun.az xəbər verir ki, bu gün qatar dəmir yolunu keçməyə çalışan piyadanı vurub.

Məsələ barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, hadisə bu gün saat 11:35 radələrində dəmir yolunun Ucar-Müsüslü mənzilində baş verib.

Belə ki, qatar Ucar-Müsüslü mənzilinin 236-cı kilometrində hərəkətdə olarkən Göyçayın Bığırlı kənd sakini 1977-ci il təvəllüdlü Akif İbrahimov dəmir yolunu keçməyə cəhd göstərib:

“Maşinist təcili tormazlama aparsa da hadisə qaçılmaz olub və nəticədə qatar Akif İbrahimovu vurub. O hadisə yerində dünyasını dəyişib. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, aidiyyəti üzrə araşdırma aparılır”

Oxşar Xəbərlər